Rusiyadan Avropa Birliyinin sanksiyalarına reaksiya
Bizi izləyin

Dünya

Rusiyadan Avropa Birliyinin sanksiyalarına reaksiya

Avropa Birliyi bununla faktiki olaraq təhlükəsizlik sahəsindəki beynəlxalq əməkdaşlığı təhlükə altına atdı.

Rusiya Xarici İşlər Nazirliyi Avropa Birliyinin rəsmi Moskvaya tətbiq etdiyi növbəti sanksiyalara münasibət bildirərkən bu bəyanatla çıxış edib.

Rusiya XİN bildirib ki, Avropa Birliyinin bu addımı beynəlxalq və regional təhlükəsizliyə silahların kütləvi yayılmasının qarşısının alınmasına, terrorizm təhdidlərinə qarşı mübarizəyə zərbə vurdu.

Publika.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar siyahısının miqyasını genişləndirib. Ukrayna böhranına görə rəsmi Moskvaya təzyiq mexanizmi kimi hazırlanan “qara siyahı” ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat xidmətinin rəhbəri Mixail Fradkov, Təhlükəsizlik Şurasının üzvləri Nikolay Patruşev, Boris Qrızlov və Rəşid Nurqaliyev, Çeçenistanın rəhbəri Ramzan Kadırov düşüb. Onlara Avropa İttifaqı ölkələrinə səfər etmək yasaqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm