Kerridən hörmətsizlik (FOTO)
Bizi izləyin

Dünya

Kerridən hörmətsizlik (FOTO)

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu gün ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, rəsmilər İsraillə Fələstin arasındakı atəşkəs məsələsini müzakirə etmək üçün Parisdə bir araya gəliblər. Görüş zamanı çəkilən bir kadr geniş mübahisəyə səbəb olub. Davudoğlunun qarşısında oturan Kerrinin ayağını ayağının üstünə atması diqqət obyektivlərdən yayınmayıb. Türkiyə mətbuatı Kerrinin həmkarı qarşısında bu şəkildə oturaraq diplomatiya və nəzakət qaydalarını açıq şəkildə pozduğunu iddia edib.

Türkiyə Xarici İşlər Nazirliyindən də məsələyə münasibət bildirilib. Türkiyə XİN görüşün məzmununun daha əhəmiyyətli olduğu qeyd edib. "Görüşdə çox əhəmiyyətli mövzular müzakirə olunub. Görüş təsadüfən mümkün olub. İki rəsmi şəxs də pencəksiz idi. Məqsəd, ciddi mövzuları, tez-tez müzakirə etməkdən ibarətdir", - deyə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.





Qeyd edək ki, 2012-ci ildə də buna oxşar hadisə baş verib. ABŞ prezidenti Barak Obamanın Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığının fotosu yayılmışdı. Ağ Evin yaydığı foto o dövrdə böyük mübahisələrə səbəb olmuşdu.



Digər bir hadisə isə 1999-cu ildə Bülent Ecevit ilə ABŞ prezidenti Bill Klinton arasında görüş zamanı yaşanmışdı. Bu görüşdə çəkilən fotolar da müzakirələrə səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm