Rusiyadan ABŞ-a cavab: “McDonalds” restoranları bağlanır
Bizi izləyin

Dünya

Rusiyadan ABŞ-a cavab: “McDonalds” restoranları bağlanır

Rusiya Xalq Sağlamlığı İdarəsi “McDonalds” restoranlarının qida məhsullarını nəzarətə götürüb.

Axar.az xəbər verir ki, idarənin direktoru Anna Popova “McDonalds” ilə bağlı şikayətlərin olduğunu bildirib. Onun sözlərinə görə, restoranın təklif etdiyi qida məhsullarında keyfiyyət, gigiyenik və təhlükəsizlik problemləri var. Eyni zamanda aparılan yoxlamalar nəticəsində məhsullarda “Escherichia coli” adlanan bağırsaq bakteriyası tapılıb. Bundan sonra sağlamlıq idarəsi “McDonaldsı” məhkəməyə verib.

Qeyd edək ki, Rusiyada ilk “McDonalds” Sovet İttifaqı dağılmazdan öncə 31 yanvar 1990-cı ildə Moskvada açılıb. İkinci restoran isə 1993-cü ildə Moskvada, 1996-cı ildə isə Sankt Peterburqda açılıb. Hazırda Rusiyada 200-dən çox “McDonalds” restoranı fəaliyyət göstərir və gündəlik 600 min müştəriyə xidmət edir.

Xatırladaq ki, aprel ayında Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ölkədə fəaliyyət göstərən bütün “McDonalds” restoranlarının bağlanılmasını təklif etmişdi.

Bəzi ekspertlərə görə, bu qərar sırf Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm