Donetsk şəhərinə mərmilər atılır (FOTO)
Bizi izləyin

Dünya

Donetsk şəhərinə mərmilər atılır (FOTO)

Sosial şəbəkədə Donetskdə mərmilərin düşdüyü evlərin xəritəsi dərc olunub.

ANS PRESS-in məlumatına görə, xəritədə mərmilərin düşdüyü yerlərlə yanaşı, həmçinin yaralıların və həlak olanların sayı göstərilib.

Xəritədə 25 iyuldan başlayaraq mərmilərin düşməsi yerləri qeyd olunub.

Xəbər verilir ki, Donetskdə vəziyyət gərgin olaraq qalır. Bütün rayon sakinləri ağır silahlardan yayımlanan partlayışlar haqqında xəbər verirlər. Xüsüsən Kirov rayonu ərazisində və aeroportda yerləşən rayonda güclü silah səsləri eşidilir.

Gecə baş verən döyüş nəticəsində Kuybışev rayonunda üç evə ciddi ziyan dəyib. S.Tyulenina küçəsi 9 və 11 və Udarnaya 50 ünvanları üzrə yerləşən mənzillər mərmi atəşindən yanıblar.

Həmçinin mərminin düşməsi nəticəsində Petrovski rayonunda Udaltsov 79-un küçəsində yerləşən həyət evi zərər çəkib.

İnsanlar arasında ciddi itkilər var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm