Prezidentin canlı efirdə sərt tənqidi ölkəni qarışdırdı
Bizi izləyin

Dünya

Prezidentin canlı efirdə sərt tənqidi ölkəni qarışdırdı

Bir neçə saat bundan öncə Dağıstanda yayımlanan telekanallardan birində respublika rəhbəri Ramazan Abdulatipov gözlənilmədən canlı efirə zəng etmiş tamaşaçının ciddi tənqidinə məruz qalıb.

Axar.az xəbər verir ki, idman verilişində səslənən bu görüntülərin təcili şəkildə internetdən, sosial şəbəkələrdən silinməsi göstərişi verilib. Lakin bəzi İP-lərdə bu görüntülər hələ də qalmaqdadır.

Xatırladaq ki, fikrini sərbəst şəkildə aparıcıya ünvanlayan azarkeş əvvəlcə baş məşqçini, daha sonra isə respublika rəhbərini tənqid atəşinə tutub. O deyib ki, baş məşqçi nə vaxt dəyişdiriləcək: "Yoxsa, o da respublika rəhbəri Abdulatipov kimi Dağıstanı və onun idmanını məhv etməyə gəlib?"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm