HƏMAS zərbə endirdi: 40 hərbçi öldürüldü
Bizi izləyin

Dünya

HƏMAS zərbə endirdi: 40 hərbçi öldürüldü

İsrail hökuməti və HƏMAS arasında razılaşdırılan 12 saatlıq atəşkəs Təl Əvivə endirilən bir neçə raket zərbəsi ilə pozulub.

Axar.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, HƏMAS-ın endirdiyi bu zərbələrdə 3 israilli əsgər ölüb və beləliklə, savaş ərzində ölən israilli hərbçilərin sayı 40-ı ötüb.

Qeyd edək ki, Parisdə bir araya gələn Türkiyə, ABŞ, Fransa, Qətər, Almaniya və Böyük Britaniya xarici işlər nazirləri 12 saatlıq atəşkəs rejiminin daha 4 saat uzadılmasının vacibliyini vurğulamışdılar. Lakin göründüyü kimi, tərəflər buna əməl etməyib.

“Əl-Cəzirə”yə açıqlama verən HƏMAS beynəlxalq əlaqələr idarəsinin rəhbəri Üsamə Həmədan da atəşkəsə önəm verdiklərini bildirmişdi. Ancaq bu açıqlamadan az sonra HƏMAS-ın silahlı qanadı raketləri işə salıb. Təşkilatdan həmçinin vurğulanıb ki, atəşkəslə bağlı qurum daxilində ciddi fikir ayrılıqları olub.

İsrail Xarici İşlər naziri Avidqor Liberman isə bildirib ki, atəşkəsin gecə yarısından sonra uzadılması gərəksizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm