Erməni canlı yayımda müsəlman oldu
Bizi izləyin

Dünya

Erməni canlı yayımda müsəlman oldu

Türkiyənin “Atv” kanalında canlı yayımlanan İftar proqramında din xadimi maraqlı bir hadisəyə şahidlik edib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış ilahiyyatçısı professor Nihat Hatipoğlunun geniş auditoriya qaşısında aparıcılıq etdiyi ramazan proqramında etdiyi söhbətlərdən, danışdığı mövzulardan təsirlənən erməniəsilli bir xanım canlı yayımda müsəlman olduğunu açıqlayıb.

Hatipoğlu onun bu addımını xoş qarşılayıb və qadından Allaha, onun peyğəmbərlərinə, mələklərə, göndərilən müqəddəs kitablara, axirətə və qədərə (alın yazısına) inanıb-inanmadığını soruşub. Qadın isə hamısına müsbət cavab verib və daha sonra din xadimi ilə birlikdə müsəlmanlığı qəbul etdiyini göstərmək üçün şəhadət gətirib.

Qeyd edək ki, bu il təşkil edilən proqram boyunca din xadimi 3 nəfərin müsəlman olmasına vəsilə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm