• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

2 xalaqızının “WhatsApp” biabırçılığı

  • Dünya
  • 27 İyul 2014 08:26
  • 4 073 Baxış
2 xalaqızının “WhatsApp” biabırçılığı

Səudiyyə Ərəbistanında maraqlı və qəribə hadisə baş verib.

Publika.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanında 2 xalaqızı “WhatsApp” messenceri vasitəsilə bir-birlərinə qarşı təhqiramiz ifadələr işlətdikləri üçün məhkəmə onları 10 gün müddətinə azadlıqdan məhrum edib. Hələ bu azmış kimi xalaqızıların hərəsinə 20 şallaq cəza da verilib.

Ciddə şəhər məhkəməsi əvvəlcə qohumları barışdırmağa cəhd etsə də, tərəflər sülh bağlamaqdan – qarşılıqlı güzəştə getməkdən imtina etdikləri üçün məhkəmə onlara qarşı sərt hökm çıxarıb.

Qeyd edək ki, qohumlar məhkəmənin qərarı ilə razılaşmayıblar və 30 gün müddətində apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>