Ukrayna ordusu separatçıların diversiya qrupunu məhv etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu separatçıların diversiya qrupunu məhv etdi

Donetsk separatçıları Snejnıy şəhəri yaxınlığında gedən döyüşlər zamanı ciddi itkilər verib. Təxminən 10 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasına aid bloqların birində məlumat yerləşdirilib.

Məlumata görə, separatçıların diversiya qrupu mühasirəyə düşüb: “Biz faktiki olaraq ən yaxşı atıcı qruplarımızdan birini itirdik. Onlar Slavyanskda, Donetsk ətrafında gedən döyüşlərdə ən çətin tapşırıqların öhdəsindən gəlmişdilər”, - deyə terrorçulardan biri bildirib.

Terrorçunun sözlərinə görə, 20-yə yaxın yaralının hara aparıldığı isə məlum deyil: “İki komandir sıradan çıxıb. Onlardan biri ağır kontuziya alıb, digəri də ağır yaralıdır. Onların harda olması ilə bağlı heç bir məlumat yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm