İsrailə raket hücumu
Bizi izləyin

Dünya

İsrailə raket hücumu

Həmas" yerli vaxtla saat 14:00-da qüvvəyə minəcək 24 saatlıq atəşkəsi qəbul etdiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, "Həmas" bu haqda açıqlamanı İsrailin raket hücumlarına cavab olaraq Qəzzaya reydlərini bərpa etməsindən sonra verib.

İsrail ordusunun bildirdiyinə görə, "Həmas"ın humanitar yardımlar üçün nəzərdə tutulan bölgədə fasiləsiz raket hücumları İsraili hava, quru və dənizdən hərbi əməliyyatlarını bərpa etməyə vadar edib.

Fələstinlilərin hücumları nəticəsində 3 adamın həlak olduğunu bildirilir

Bu dəqiqələrdə İsraildə yaşayan soydaşlarımızdan biri ANS PRESS-lə əlaqə saxlayaraq bildirdi ki, İsrail tərəfi də 24 saatlıq atəşkəs təklifini qəbul edib:

"Lakin buna baxmayaraq İsrail şəhərlərinə yenidən raketlər atılmaqda davam edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm