Rusiya 2 çeçen batalyonunu Ukraynaya göndərdi
Bizi izləyin

Dünya

Rusiya 2 çeçen batalyonunu Ukraynaya göndərdi

Rusiya daha iki çeçen batalyonunu Ukraynaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat verib.

Məlumata görə, iki batalyon hazırda Rostov vilayətindədir və Ukraynaya daxil olmaq üçün əmr gözləyir. İki hərbi maşın karvanı 50 kilometr intervalla Ukrayna sərhədindəki Qukovo istiqamətinə doğru hərəkət edir. Birinci karvanda 10 avtomobil, 6 top, 2 haubitsa, 1 ədəd ZU 22 və təxminən 100-ə yaxın hərbçi var. Digər karvana 18 “Ural” yük maşını 8 tank və 10 PDM daxildir.

Bundan başqa rus hərbçilərinin Matveyev Kurqan, Kuybışevo və Novoşaxtinskdə artilletiya atəş nöqtələri qurduğu da bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm