Ramazan bayramı atəşkəsə səbəb oldu
Bizi izləyin

Dünya

Ramazan bayramı atəşkəsə səbəb oldu

İsrail ordusu ilə “Həmas” qruplaşması arasında 12 saatlıq atəşkəs başa çatdıqdan sonra vəziyyət yenidən gərginləşib.

ANS TV-nin məlumatına görə, səhər saatlarından başlayan atışmada fələstinli döyüşçülər İsrail tərəfə 7 raket atıblar. İsrail ordusunun verdiyi bilgiyə istinadən, raketlərdən ikisi İsrailin “Dəmir Günbəz” havadan-müdafiə sistemləri vasitəsilə vurularaq məhv edilib, beşi isə açıq sahələrə düşüb.

Qəzza şəhərindən və İsrail-Qəzza sərhədindən yayılan kadrlarda İsrail ordusunun endirdiyi aviazərbələrdən sonra şəhərin üzərini qatı tüstü dumanının örtdüyünü görmək olur.

Amma günün 2-ci yarısndan sonra fələstinin “Həmas” hərəkatı İsrail rəhbərliyilə yeni, 24-saatlıq atəşkəsin elan edilməsinə dair razılığa gəlib. Hərəkatın nümayəndəsinin sözlərinə görə, atəşkəs bu gün yerli vaxtla saat 14:00-da qüvvəyə minib.

“Həmas” rəsmisi Səmi Əbu Zuhri deyir ki, bu BMT-nin məsələyə qarışmasına bir cavabdır: “Bu Qəzza camaatının vəziyyətilə bağlı, xüsusilə qarşıda gələn Ramazan bayramı münasibətilə atılmış bir addımdır. Fələstinin bütün fraksiyaları bu atəşkəsə razılaşıb, o şərtlə ki, humanitar fasilə 24 saat davam edəcək”.

Bundan əvvəl isə İsrail ordusu Qəzza zolağında havadan, qurudan və dənizdən əməliyyatları davam etdirmək niyyətində olduğunu bəyan etmişdi. İsrail ordusu, Qəzza zolağında 20 gündür davam edən əməliyyatlar nəticəsində 43-nəfər əsgərini itirdiyini açıqlayıb. Fələstin tərəfinin itkisi isə1047 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm