Dünya
Fransa vətəndaşlarına görə narahatdır
Fransa son vaxtlar Liviyada yaranan gərgin vəziyyətlə
əlaqədar vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Fransanın Xarici İşlər Nazirliyi Liviya hərbi qüvvələri ilə radikal
islamçı qruplaşmalar arasında şiddətli döyüşlərin getdiyinə görə
vətəndaşlarının həyatı üçün ciddi təhlükə yaratdığını bildirib.
Onlara ölkəni tərk etmələri üçün tezliklə Fransanın Liviyadakı
səfirliyi ilə əlaqə saxlamaları məsləhət görülüb.
Liviyanın sabiq prezidenti Müəmmar Qəddafi 2011-ci ildə
devrildikdən sonra müxtəlif qüvvələr arasında silahlı qarşıdurma
səngimək bilmir. Son günlər isə ölkənin paytaxtı Tripolun hava
limanı ətrafında gedən qanlı döyüşlər zamanı yüzlərlə insan həlak
olub.
Artıq ABŞ, Böyük Britaniya, Türkiyə, Belçika, Almaniya, Malta kimi
ölkələr Liviyadakı diplomatik missiyalarının fəaliyyətini
dayandırıb və vətəndaşlarını ölkədən çıxardıblar.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?