Babək prospektində 3 avtomaşın toqquşub
Bizi izləyin

Dünya

Babək prospektində 3 avtomaşın toqquşub

Gecə paytaxtın Nizami rayonu Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, qəza zamanı üzü şəhər istiqamətində hərəkət edən İbrahim Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomaşın əvvəlcə qarşıda hərəkətdə olan eyni markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra isə avtomaşın qarşı yola keçib. Bu zaman əks istiqamətlə hərəkət edən Mehman İsmayılovun idarə etdiyi avtobusla toqquşub. Qəza zamanı avtobus qaraja getdiyindən içərisində sərnişin yox imiş.

Hadisə zamanı maşınlarda sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Qəzadan sonra hadisə yerində Bakı Şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülər isə izahatlarının alınması üçün idarəyə aparılıb.

Qəzanın səbəblərinə isə təyin ediləcək ekspertizaların rəyindən sonra aydınlıq gətiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm