Terrorçunun ermənilərə yazdığı məktubun mətni açıqlandı
Bizi izləyin

Dünya

Terrorçunun ermənilərə yazdığı məktubun mətni açıqlandı

PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın ermənilərə yazdığı məktubun tərkibi açıqlanıb. Məktub 2 səhifədən ibarətdir. Məktubda ermənilərin inancları və azadlıqlaerı üçün mübarizə aparması, 1915-ci il qondarma erməni “soyqırımı” və s. bu kimi məsələlər

PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın ermənilərə yazdığı məktubun tərkibi açıqlanıb. Məktub 2 səhifədən ibarətdir. Məktubda ermənilərin inancları və azadlıqlaerı üçün mübarizə aparması, 1915-ci il qondarma erməni “soyqırımı” və s. bu kimi məsələlərə toxunulur.

“Xüsusilə kapitalizm müasirliyi və onun məbədi olan milli dövlətlərin saçdığı zəhər səbəbindən bu torpaqlar xalqlar və mədəniyyətlər qəbristanlığına dönüb. Biz sadəcə kürd xalqının yox, bu qədim regionun başda erməni xalqı olmaqla bütün xalqlarının və inanclarının azadlığı üçün mübarizə aparırıq. Əlverişsiz şəraitimə baxmayaraq, aparmağa çalışdığım sülh axtarışının heç bir xalqın ziyanına və əleyhinə olmayacağı 30 illik mübarizəmizin hər anında gizlidir”.

Bundan başqa Öcalan 1915-ci ildə erməni xalqına qarşı “soyqırımı” həyata keçirildiyini bildirərək bunun “qəddarca” olduğunu qeyd edib. Ermənilərin böyük əziyyətlər və mübarizələr bahasına həyatda qalmağa nail olduğunu bildirərək bunun “möcüzə” olduğunu vurğulayıb.

Sonda terrorçu lider ermənilərə, hədəfi müharibə olan beynəlxalq sərmayə qüvvələrinin və lobbilərinin hiyləli məqsədlərindən uzaq olmağı məsləhət görüb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm