BMT-nin Qəzza ilə bəyanatı fələstinli diplomatın xoşuna gəlmədi
Bizi izləyin

Dünya

BMT-nin Qəzza ilə bəyanatı fələstinli diplomatın xoşuna gəlmədi

BMT-nin Təhlükəsizlik Şurası Qəzza zolağında dərhal və şərtsiz atəşkəsin elan edilməsinə çağırışı fələstinli diplomatın xoşuna gəlməyib.


ANS PRESS-in məlumatına görə, Təhlükəsizlik Şurasının bu gün Yaxın Şərqdəki vəziyyətlə bağlı fövqəladə iclasındakı bəyanatda səsləndirilib. Bəyanatda bildirilir ki, İsrail və Fələstinin HƏMAS hərəkatı hərbi əməliyyatların uzunmüddətli dayandırılmasına nail olmaq üçün səy göstərməlidir. Atəşkəs isə dinc sakinlərə humanitar yardımın çatdırılmasını təmin etmək üçün vacibdir.


Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur isə Təhlükəsizlik Şurasının bəyanatından dolayı narazılığını ifadə edib. Fələstinli diplomatın sözlərinə görə, BMT İsraildən öz qoşunlarını Qəzza zolağından çəkməyi tələb etməli idi.

İyulun 8-də İsrail ordusunun Qəzza zolağında başlatdığı əməliyyatlar nəticəsində əksəriyyəti dinc sakinlər olmaqla, 1060-dan çox fələstinli və 43 İsrail hərbçisi həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm