Dünya
Liberiyada tanınmış həkim Ebola virusundan ölüb
Afrikanın qərbində yerləşən Liberiyada tanınmış həkim Ebola virusundan ölüb. Bu barədə ölkə rəsmiləri məlumat yayıblar.
Virusun müalicə yolları hələlik tibbə məlum deyil. Bu virus dünyada ölümcül infeksiyalardan biri sayılır.
Həkim Samuel Brisbane Ebola virusuna yoluxan xəstələri müalicə edərkən özü də infeksiyaya yoluxub və vəfat edib.
Xəstəliklə mübarizə aparmaq üçün Liberiya paytaxtına gələn amerikalı həkim və bir missioner də infeksiyaya yoluxub.
Ebola virusunun yoluxması nəticəsində Liberiyada 130, Afrikanın qərbində 700-ə yaxın adam ölüb.
Virusa yoluxma nəticəsində xəstədə yüksək hərarət və boğaz ağrısı başlayır, qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur ("Azadlıq" radiosu).
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO