Ərdoğandan Hakan Şükürə xəbərdarlıq
Bizi izləyin

Dünya

Ərdoğandan Hakan Şükürə xəbərdarlıq

“Şübhəlilərin əlində mobil telefon gördüm, bu, doğru deyil”.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, AKP-nin keçmiş üzvü, millət vəkili və keçmiş futbolçu Hakan Şükürün “paralel dövlət” yaratmaq ittihamı ilə həbs edilən şəxslərə baş çəkməsinin yolverilməz olduğunu deyib:

“Mən şübhəlilərin əlində mobil telefon gördüm, bu, doğru deyil. Anlamıram, qanunun 138-ci maddəsi buna izn verməyə-verməyə onlar niyə telefonla gözə girirlər?!”

Baş nazir həmçinin PKK-nın hücumları, keçiriləcək seçkilər, həmçinin İsrailin Qəzzaya hücumuna da münasibət bildirib:

“Mən bildiyimə görə, biz 3 şəhid vermişik, amma PKK 6 terrorçu itirib. Geriyə addım atmaq fikrimiz yoxdur. Biz bununla yanaşı Suriyadakı türkmanlara da yardımlar edirik”.

10 avqust seçkilərinin şəffaf və ədalətli keçiriləcəyinə inanan Baş nazir qəzzada baş verənlərin həssas nöqtə olduğunu qeyd edib:

“Onlar bizim qardaşlarımızdır. Bu bayram biz yas içindəyik. Həmin məsələlər sıradan deyil. Ona görə biz bu işə ehtiyatla yanaşırıq”.

Xatırladaq ki, R.T.Ərdoğanın irad tutduğu Hakan Şükür Türkiyədə baş tutan “paralel dövlət” əməliyyatlarına etiraz olaraq AKP üzvlüyündən istefa vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm