Malayziya təyyarəsinin vurulması hərbi cinayətdir
Bizi izləyin

Dünya

Malayziya təyyarəsinin vurulması hərbi cinayətdir

"Malayziya Hava Yolları"na məxsus sərnişin təyyarəsi hazırda hökumət qüvvələri və separatçılar arasında döyüşlərin getdiyi Şərqi Ukrayna səmasında vurulub ki, bu da hərbi cinayət kimi qiymətləndirilə bilər. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Navanethem Pilley deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyəti nəzərə alsaq, beynəlxalq hüququn bu cür pozulması hərbi cinayət kimi qiymətləndirilə bilər: "Dəqiq və müstəqil araşdırma aparmağa çağırıram".

Qeyd edək ki, Amsterdamdan Kuala-Lumpura reys həyata keçirən "Boeing 777" təyyarəsinin vurulması nəticəsində 298 sərnişin həlak olub. Sərnişinlərdən 194-ü Niderland vətəndaşı olub. Təyyarə Donetsk vilayətində yerə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm