Ramzan Kadırovdan Obamaya qadağa
Bizi izləyin

Dünya

Ramzan Kadırovdan Obamaya qadağa

Çeçenistan prezidenti Ramzan Kadırov Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya ölkəsinə səfər etməyə qadağa qoyub.


ANS PRESS-in məlumatına görə, Obama ilə yanaşı Avropa İttifaqının daha üç lideri Çeçenistan prezidentinin "qara siyahı"sına düşüb. Bunlar Avropa Birliyinin rəhbərləri - Joze Manuel Barrozo, Herbert Rompuy və Ketrin Eştondur.


Ramzan Kadırov Instaqram səhifəsində paylaşdığı bəyanatında həmçinin ABŞ və Avropa İttifaqını “dövlət terrorizmində” ittiham edib. O, bu qadağanların ABŞ və Avropa İttifaqının Ukrayna, Liviya, Suriya, İraq və Əfqanıstanda həyata keçirdiklləri “dövlət terroru”na cavab olduğunu yazıb.


Avropa İttifaqı Ukraynadakı situasiyaya görə sanksiya tətbiq olunan şəxslərin siyahısında Çeçenistanın rəhbəri Ramzan Kadırovun da adı var. Bu siyahıda yer alanlar ümumilikdə 87 hüquqi və fiziki şəxsə qarşı tətbiq olunan sanksiyaya görə onlar 2014-cü ilin noyabr ayına qədər Avropa İttifaqına səfər etmək qadağan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm