• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rusiyaya qarşı yeni sanksiyalar

  • Dünya
  • 28 İyul 2014 15:49
  • 559 Baxış
Rusiyaya qarşı yeni sanksiyalar

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır.

Publika.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Tokioda keçirdiyi mətbuat konfransında Yaponiyanın nazirlər kabinetinin baş katibi Yosixide Suqa deyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətin gərginləşməsi üzündən Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. Yaponiya hökumətinin baş katibi qeyd edib ki, yeni sanksiyalar paketi Ukraynada sabitliyin pozulmasına dəstək olmuş şəxslərin və təşkilatların hesablarının dondurulmasını, həmçinin Krımda istehsal olunan mallara qadağanı nəzərdə tutacaq.

Qeyd edək ki, Yaponiyanın Rusiyaya qarşı ilk sanksiyalar paketi martın 18-də qüvvəyə minib. Həmin sanksiyalara görə, Rusiya ilə viza rejiminin sadələşdirilməsi və qarşılıqlı investisiyalarla bağlı aparılan danışıqlar dondurulub. İyulun 24-də isə Rusiyanın rəsmi qurumlarını təmsil edən 23 məmura viza verilməsi müvəqqəti olaraq dayandırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR