ABŞ-da təyyarə ata və qızını vurdu
Bizi izləyin

Dünya

ABŞ-da təyyarə ata və qızını vurdu

Amerikanın Florida şəhərində “Piper” təyyarəsi sahilə eniş edərkən ata və balaca qızını vurub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə balaca təyyarənin məcburən sahilə eniş etməsi zamanı baş verib.

Təyyarə enişdə sahildə gəzintidə olan 36 yaşlı atanı və onun balaca qızını vurub. Qəza nəticəsində ata Ommy İrizarri ölüb, 9 yaşlı qızı Okeana İrizarri yaralanıb. Təyyarənin pilotu 57 yaşlı Karl Kokomur və sərnişini 60 yaşlı David Thin qəzadan xəsarət almadan qurtulublar.

Faktla bağlı araşdırma başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm