Lavrov: "Krım Rusiya ərazisidir"
Bizi izləyin

Dünya

Lavrov: "Krım Rusiya ərazisidir"

“Krım Rusiya ərazisidir, bu məsələ ilə bağlı heç kimlə danışıqlar olmayıb, yoxdur, ola da bilməz”. Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov bu gün keçirilən brifinqində deyib.

XİN rəhbəri qeyd edib ki, bu cavab Krım xalqının 17 martda keçirilən referendumla birmənalı iradəsinə əsaslanır. "Bununla bağlı bütün qərarlar da artıq qəbul edilib".

Onun sözlərinə görə, çoxu sentyabrda NATO sammitinə hazırlıqdan Rusiya ilə qərb arasında əlaqələrə radikal təsir etmək üçün istifadə etməyə çalışır.

"Ukrayna böhranının davam etməsini istəyənlər də var. Bundan Rusiya ilə qərb arasında münasibətlərdə son on ildə yaranan müsbət irəliləyişləri radikal olaraq dəyişməkdə bir vasitə kimi istifadə etmək istəyənlərlər var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm