Yunanlardan Qəzzaya böyük yardım
Bizi izləyin

Dünya

Yunanlardan Qəzzaya böyük yardım

Yunanıstanda yardım məqsədilə təşkil edilən konsertdə Qəzza üçün xeyli dərman toplanılıb.

Publika.az-ın məlumatına görə, paytaxt Afinanın Sintaqma meydanında keçirilən konsert məkanında Qəzzaya kömək məqsədli qoyulan masaya yunanların axını olub. Masa arxasında duran nümayəndələrə vətəndaşlar öz imkanları ilə satın aldıqları təxminən 30 min qutu dərman veriblər.

Yardım aksiyasında iştirak edən fələstinli Avad Xəlil yunanlara öz təşəkkürünü bildirib. O, həmçinin bu qədər kömək göstəriləcəyini gözləmədiyini də qeyd edib. Onlar hazırda dərmanların necə göndəriləcəyi barədə düşünürlər.

Qeyd edək ki, son məlumatlara əsasən İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 1067-yə çatıb, çox sayda yaralı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm