Ukrayna daha bir şəhəri azad etdi
Bizi izləyin

Dünya

Ukrayna daha bir şəhəri azad etdi

Ukrayna ordusu separatçıların işğalı altında olan Avdeevka şəhərini azad edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Bu gün Avdeevka şəhəri faktiki olaraq anti-terror qüvvələrinin nəzarətinə keçib”, - deyə məlumatda bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, sağ qalan separatçılar şəhəri dağınıq halda tərk edirlər.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Luqansk, Donetsk və Rusiyanın Rostov vilayəti ilə həmsərhəd Savur-Mogila strateji yüksəkliyini ələ keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm