Kerridən Ramazan bayramına layiq atəşkəs cəhdi
Bizi izləyin

Dünya

Kerridən Ramazan bayramına layiq atəşkəs cəhdi

ABŞ Dövlət katibi Con Kerri Ramazan bayramına layiq və qarşıdurmaları sona çatdıracaq atəşkəs əldə etməyə çalışdıqlarını bildirib.

Axar.az xəbər verir ki, Kerri Qəzzanın ehtiyac duyduğu yardımlara icazə veriləcəyinə inandığını deyib. İsrailə təhlükə yaradan tunel hücumlarının aradan qaldırlacağına və buna müharibə ilə yox, sülh yolu ilə nail olunacağını qeyd edən Kerri atəşkəs elan ediləcəyi təqdirdə, sülh danışıqlarına təcili olaraq başlayacaqlarını vurğulayıb.

Kerri atəşkəsin problemləri həll etməyəcəyini, ancaq bu problemlərin həlli istiqamətində proseslərin aparılacağını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm