Dünya
Obamadan bayram mesajı
ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə
müsəlmanlara bayram təbriki mesajı ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-da, eləcə də dünyanın dörd bir
tərəfində müsəlmanların Ramazan bayramını qeyd etdiyini vurğulayan
ABŞ prezidenti Barak Obama, özü və xanımı Mişel Obama adından ən
xoş diləklərini çatdırıb.
O, təbrik mesajında bunları qeyd edib:
“Ramazan ayı – oruc, ruhun təmizlənməsi və yoxsullara kömək
zamanıdır. Bu ayda insanlıq olaraq bizi birləşdirən dəyərlər
xatırlanır.
Ramazan bayramı, bizə ABŞ-da yaşayan müsəlman amerikalılarının
saysız uğurlarını və cəmiyyətimizdəki rollarını xatırladır. Bu
səbəblə də həm burada, həm də dünyanın harasında olursa olsun,
insanların sakit və sülh şəraitində yaşamağı üçün atdıqları
addımları dəstəkləyirik.
Hökumətim adından ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan
müsəlmanların Ramazan bayramını təbrik edir, dinc və xoşbəxtlik
içində yaşamalarını arzu edirik.”
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!