Barak Obama müsəlmanları təbrik etdi
Bizi izləyin

Dünya

Barak Obama müsəlmanları təbrik etdi

ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edib.

İnterAz xəbər verir ki, prezident ABŞ-da, eləcə də dünyanın dörd bir tərəfində yaşayan müsəlmanların Ramazan bayramını qeyd edib. Daha sonra ABŞ prezidenti Barak Obama, özü və xanımı Mişel Obamanın adından bütün dünya müsəlmanlarına təbrik mesajı yollayıb.

İnterAz həmin təbriki təqdim edir:

“Ramazan ayı – oruc, ruhun təmizlənməsi və yoxsullara kömək ayıdır. Bu ayda insanlıq olaraq bizi birləşdirən dəyərlər xatırlanır. Ramazan bayramı, bizə ABŞ-da yaşayan müsəlman amerikalılarının saysız uğurlarını və cəmiyyətimizdəki rollarını xatırladır. Bu səbəblə də həm burada, həm də dünyanın harasında olursa olsun, insanların sakit və sülh şəraitində yaşamağı üçün atdıqları addımları dəstəkləyirik. Hökumətim adından ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların Ramazan bayramını təbrik edir, dinc və xoşbəxtlik içində yaşamalarını arzu edirik”.

Qeyd edək ki, bu Barak Obamanın dünya müsəlmanlarına etdiyi ilk təbrik deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm