• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Üzü deformasiya olan adam -FOTOLAR

  • Dünya
  • 29 İyul 2014 14:40
  • 620 Baxış
Üzü deformasiya olan adam -FOTOLAR

ABŞ-da bir insanın bütün üz əzaları əməliyyatla bərpa olunub.

ANS PRESS-in məlumatına görə, 39 yaşındakı Riçard Li Norris 1997-ci ildə özünü tüfənglə vurub. Özünə qəsd edən zaman Norrisin hələ 22 yaşı var idi. Hadisə zamanı həddindən artıq spirtli içki qəbul edən gənc anası ilə mübahisədən sonra özünü vurub. Bundan sonra Norrisin həyatı işgəncəyə çevirilib.


Həyatının 10 ilini maskalarla və yalnız gecə alış-veriş edərək keçirən Norrisin dodaqları, burnu, çənə sümüyü, dili və sinirləri tamamilə deformasiya olub.

Mariland Universitetində 36 saatlıq bir əməliyyatla üz nəqli edilən Riçardın sifətindəki bütün əzalar yenidən bərpa edilib. Dili belə başqa birindən nəql edilən Riçard Norrisin əməliyyat sonrası yaşamaq şansı 50% olaraq göstərilirdi.

İndi Norris uğurlu keçən əməliyyatdan sonra həyata yenidən gədiyini düşünür. Riçard, Mariland Universitetində əməliyyatı reallaşdıran həkim Eduardo Rodriqezin köməyi ilə ona ikinci bir şans verildiyini düşünür.

Riçard yeni üzüylə nüfuzlu "GQ" jurnalının üz qabığına belə çəkilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR