Vaqif Səmədoğlu İsrailə getməyəcək
Bizi izləyin

Dünya

Vaqif Səmədoğlu İsrailə getməyəcək

Dövlət dəstəyi ilə İsraildə müalicə edilən xalq şairi Vaqif Səmədoğlu müalicə üçün yenidən həmin ölkəyə getməyəcək.

Xalq şairinin həyat yoldaşı Nüşabə Vəkilovanın ANS PRESS-ə açıqlamasında V.Səmədoğlunun müalicəsini Azərbaycanda davam etdirdiyini söyləyib:

“Həftədə 1-2 dəfə olmaqla müalicəsini Bakıda davam etdirir. Bir il İsraildə müalicə aldı və yekunlaşdı. İndi özü də zəiflədiyinə görə Bakıda müalicə alır. Vəziyyəti ortadır. Təbii olaraq yaradıclıqla da məşğul olmur”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm