Dünyanın ən qəribə ölümləri
Bizi izləyin

Dünya

Dünyanın ən qəribə ölümləri

Dünya əcayib-qəraib ölümlərlə doludur. Bəzən eləsi ilə qarşılaşırsan ki, inanmağın gəlmir.

Axar.az belə qəribə ölümlərdən bir neçəsini təqdim edir.

1987-ci ildə ABŞ-ın Respublikaçı partiyasından olan Budd Duyer televiziyadakı mətbuat konfransı zamanı sui-qəsd planlaşdırmaqda ittiham olunur. Bu ittiham üzrə onu 55 il həbs gözləyir. Duyer anidən hamını şoka salır. Canlı yayımın davam etdiyi sırada, kameraların önündə ağzına güllə sıxaraq özünü öldürür.

1998-ci ildə futbol oyunu zamanı ildırım vurması nəticəsində “Basanga” komandasınnın bütün oyunçuları ölür. Bir komandanın bütün oyunçuları ölərkən, o birinin oyunçularına heç nə olmaması da insanları təəcübləndirir. Buna səbəb komandaların mərkəzdən müxtəlif tərəfdə dayanmaqları deyil, geyindikləri paltarlar olub. Bütün oyunçuları ölən komandanın oyunçuları sintetik parçadan tikilmiş köynək geydikləri və həddindən artıq hərəkət etdikləri üçün bədənlərindən elektrik ayrılıb. Bu da ildırımvurması üçün zəmin hazırlayıb. Digər komanda sintetik geymədiyi üçün sağ qalıb.

1985-ci ildə boğulma hadisəsinin baş vermədiyi ilk mövsümü qeyd etmək üçün hovuz kənarında parti keçirilir və bayramı qeyd edənlərdən biri - Jerom Mudi hovuzda boğularaq ölür.

Qarri Hoy binanın pəncərəsinə özünü içəri tərəfdən çırpdığı halda şüşənin qırılmayacağını iddia edir. Doğurdan da elə olur, şüşə qırılmır. Ancaq şüşənin çərçivədən çıxması nəticəsində 24-cü mərtədən aşağı düşür və həyatını itirir.

Faqilyu Muxammedzyanov həkimlərin səhvi nəticəsində ölüb. Uzun sürən xəstəlikdən sonra Faqilyunun öldüyünü zənn edən həkimlər onu morqa təhvil verir. Dəfn mərasimi zamanı Faqilyu ayılır və özünü tabutun içərisində gördükdə infarkt keçirərək gerçəkdən ölür.

İsveç kralı Adolf Frederik 1771-ci ildə xərçəng, kürü və balıq yeyir. Üstündən 10 stəkan şampan içdikdən sonra, 14 növ şirniyyat yeyir. Çox keçmir ki, həzmsizlik nəticəsində ölür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm