Baş nazir təbrik etdi
Bizi izləyin

Dünya

Baş nazir təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsində yaşayan müsəlmanları təbrik edib.

ANS PRESS-in məlumatına görə, baş nazirin təbrik mesajı sosial şəbəkədəki səhifəsində yayımlanıb.

Təbrik mesajı belədir: "Bu müqəddəs Ramazan ayının hər bir müsəlman üçün nə qədər vacib olduğunu bilirik. Bilirəm ki, siz bu müddət ərzində xüsusi şövqlə ayinləri yerinə yetirir, ehtiyacı olanlara, zəif və xəstələrə, yetimlərə kömək edirsiniz və bu, böyük bir lütfdür. Gürcüstanda yaşayan müsəlmanlar bizim dövlətimizin ayrılmaz hissəsidir və İslam dünyası ilə körpü rolunu oynayırlar. Bu da eyni zamanda qloballaşma şəraitində xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan hökuməti üçün dini dözümlülük, tolerantlıq çox vacibdir. Dini məsələlərlə bağlı dövlət siyasətimiz dini azadlığın və dözümlülüyün tanınmasına və ona hörmət edilməsinə xidmət edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm