• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İsrail Qəzzanı "ürəyindən" vurdu

  • Dünya
  • 29 İyul 2014 20:04
  • 471 Baxış
İsrail Qəzzanı "ürəyindən" vurdu

İsrail ordusu Qəzzanın tək elektrik stansiyasını və ona bağlı olan yanacaq anbarını vurub.

Axar.az xəbər verir ki, Qəzzadakı evlər, xəstəxanalar, məktəblər və bütün həyat sahələri artıq elektrikdən məhrum olub. Hücumlar başa çatsa belə, bu stansiyanın təmir edilməsi uzun müddət vaxt ala bilər.

Qəzza Elektrik paylayıcı şirkəti nümayəndəsi Camal Dardasavi hücum nəticəsində stansiyanı bağlamaq məcburiyyətində qaldıqlarını söyləyib.

Stansiya və yanacaq anbarında baş verən partlayış nəticəsində geniş bir sahədə evlər də ziyan görüb və yanğın başlayıb. Stansiyanın 15 işçisi də içəridə qalıb. Ölənlərin sayı barədə məlumat verilməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR