
Rusiya aviasiyası Ukraynanın dövlət sərhədini daim
pozur.
Publika.az-ın məlumatına görə, bu haqda Ukrayna Anti Terror
Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov
"Facebook"da status yazıb.
"Bu gün, yəni 29.07.14 tarixində saat 08:33-dən 08:38-ə qədər olan
5 dəqiqədə Anti Terror Mərkəzinin əməliyyat qərargahı Rusiya
Federasiyası tərəfindən Ukraynanın dövlət sərhədinin pozulmasını
qeydə alıb. Belə hallar artıq dəfələrlə müşahidə olunur".
Qeyd edək ki, Ukrayna təhlükəsizlik qüvvələri ölkənin şərqində
Rusiya yönümlü separatşılara qarşı geniş miqyaslı əməliyyatlar
keçirir.