Rusiya iqtisadiyyatı təhlükədə
Bizi izləyin

Dünya

Rusiya iqtisadiyyatı təhlükədə

Eyni vaxtda Rusiyanın 3 avtomobil zavodu işini dayandırır və işçilərini kütləvi məcburi məzuniyyətə göndərir.

Bunlar Tolyatidəki «AvtoVAZ», «GM-AvtoVAZ» və Kaluqadakı «Volkswagen» konserninin zavodudur.

Məlumata görə, «Volkswagen Qrupp Rus » şirkətinin əməkdaşları avqustun 25-dək, avtomobil zavodlarının işçiləri isə avqustun 17-də məcburi məzuniyyətdə olacaqlar.

«AvtoVaz»ın 45 minə yaxın işçisinin birdən məzuniyyətə göndərilməsi birinci dəfədir baş verir.

Avropa biznes Assosiasiyasının bir müddət əvvəl açıqlanan proqnozuna görə, 2014-cü ildə Rusiyada avtomobil satışı 12 faiz (335000) aşağı düşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm