Kerri: "Ukrayna atəşkəsə hazırdır"
Bizi izləyin

Dünya

Kerri: "Ukrayna atəşkəsə hazırdır"

ABŞ-ın dövlət katibi Con Kerri Ukrayna hökumətinin ölkənin şərqində qarşılıqlı atəşkəsə hazır olduğunu bildirib.

Con Kerri Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə Nyu-Yorkda keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Ukrayna böhranı həll etmək istəyir:

“Prezident Poroşenko aydın dedi, nazir Klimkin isə təsdiqlədilər ki, ukraynalılar atəşkəsə hazırdırlar. Gələcəkdə deyil, indi. Onlar Rusiyanın dəstəklədiyi separatçılar ilə ciddi və məzmunlu dialoqa hazırdırlar. Ukrayna hökuməti dərk edir ki, bu böhrana son qoymağın yeganə yoludur”.

Kerri Rusiyanın separatçılara silah, maliyyə və canlı qüvvə ilə təmin etdiyini vurğulayıb: “Biz bunu görürük, əlimizdə dəlil-sübutda var. Məhz Rusiyadan aldıqları dəstəyə görə separatçılar silahı yerə qoymurlar”.

ABŞ-ın dövlət katibi bir daha bildirib ki, Rusiya münaqişənin nizamlanmasına dair müvafiq addımlar atmasa rəsmi Vaşinqton və Avropa Birliyi yeni, daha sərt sanksiyalara əl atacaqlar: “Rusiya yolundan dönməsə beynəlxalq ictimaiyyətin ayrı seçimi olmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm