Suriya fotolarda
Bizi izləyin

Dünya

Suriya fotolarda

“Yaşamaq üçün ot yeyirlər”

Cenevrədə Bəşər Əsəd rəhbərliyi ilə müxaliflər arasındakı danışıqlar davam edir. Görüşlərdə təxminən 1.5 ildir humanitar yardım ala bilməyən Humus mövzusu da ortaya atılıb. Humusda qida problemi o həddə çatıb ki, insanlar ot yeyir.

Suriyada müxaliflərin idarəsindəki Humus şəhəri düz 1.5 ildir Suriya ordusunun mühasirəsi altındadır.

Qarşıdurmalara görə xarabaya çevrilən Humusa təxminən 1.5 ildir humanitar yardım getmir.

Cenevredəki sülh danışıqlarında Humus mövzusu da gündəmə gəlib. Humusda atəşkəs elan edilməsi və humanitar yardımın çatdırılması haqqında danışılıb.

Cenevredəki bu səylərə baxmayaraq Humusda mühasirə altında yaşayan xalq böyük bir qida problemi ilə qarşı-qarşıyadır.

BBC-yə danışan 24 yaşlı humuslu gənc jurnalist Baybars Altalavi şəhərdə yaşanan problemlərlə bağlı danışıb:

“Əgər bombardman və ya iti nişançı gülləsiylə ölməsəm, aclıqdan və ya soyuqdan öləcəm.

Yemək problemi elə həddə çatıb ki, insanlar torpaqdan nə çıxsa yeyir. Həyatda qalmaq üçün bitkiləri, hətta otları belə yeyirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm