Kadırov Ukraynaya 7,5 mlyn yardım etdi
Bizi izləyin

Dünya

Kadırov Ukraynaya 7,5 mlyn yardım etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov humanitar məqsədlər üçün Ukraynanın şərqinə 7,5 milyon dollar yardım göstərdiyini bəyan edib.

Axar.az-ın məlumatına görə, İnstaqram səhifəsində açıqlama verən Kadırov bildirib ki, onun xahişi ilə Əhməd Kadırov Fondu hərbi döyüşlərin getdiyi yerlərdə tibbi ləvazimatların alınması üçün 7,5 milyon dollar ayırıb. Layihənin operativ şəkildə icra olunması üçün Çeçenistan Respublikasının Səhiyyə Nazirliyinə göstəriş də verilib.

Xatırladaq ki, Ukraynadakı qarşıdurmalarla Çeçenistanda getmiş müharibə arasında paralellər aparan Kadırov dəstəyinin səbəblərinə aydınlıq gətirib və hər iki xalqın - çeçenlərin və Kiyevə qarşı savaşan ukraynalıların Qərbin yürütdüyü siyasətin qurbanları olduğunu diqqətə çatırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm