ABŞ informasiya müharibəsinə hazırlaşır
Bizi izləyin

Dünya

ABŞ informasiya müharibəsinə hazırlaşır

ABŞ Nümayəndələr Palatası Beynəlxalq Yayım Şurasının fəaliyyətinin tam nəzərdən keçirilməsinə dair qanun layihəsini qəbul edib.

ANS PRESS-in məlumatına görə, qanunun tərəfdarları Amerikanın Çin və Rusiya kimi ölkələrə qarşı informasiya müharibəsinin genişləndirilməsini istəyir.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys deyib ki, Ukrayna hadisələrinə beynəlxalq qəzəb Rusiyanın regiondakı təbliğatı qarşısında Amerikanın rolunun mühümlüyünü göstərir. “Kim bu təbliğatın qarşısına çıxacaq? Bizim ən böyük silahımız fəaliyyəti məhv olan Beynəlxalq Yayım Şurasıdır.”

İslahatlar sabiq dövlət katibi Hillari Klintonun əhəmiyyətini itirmiş adlandırdığı Beynəlxalq Yayım Şurasının ixtisarı və ona yeni icraçı direktorun təyinatını nəzərdə tutur.

Media ekspertləri isə həyəcan təbili çalır. Sərhədsiz Reportyorlar Təşkilatı Amerikanın Səsi, Azad Avropa və Azadlıq kimi media orqanlarının diplomatik alətə çevrilməməsini tələb edib. Təşkilatın baş katibi Kristofer Deloir bildirib ki, informasıya müharibəsinə keçid ciddi peşmançılıq verə bilər.

Yayımla bağlı digər bir qanun layihəsi Senatda səsə qoyulmalıdır. Daha sonra sənəd ABŞ prezidenti Barak Obamanın imzasına göndərilməlidir. Lakin Senatın məsələni nə zaman gündəmə gətirəcəyi bəlli deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm