Kürd nefti ABŞ-ın başına bəla oldu
Bizi izləyin

Dünya

Kürd nefti ABŞ-ın başına bəla oldu

Bağdad hökuməti ABŞ-a qarşı açdığı məhkəmə davasını qazanıb.

Axar.az xəbər verir ki, ABŞ-ın Texasda Şimali İraq neftini rəsmi Bağdaddan icazə almadan satışını həyata keçirdiyi üçün məhkəmə tərəfindən əleyhinə qərar çıxarılıb.

Texas əyalətinin “Qalveston Bay” dəniz limanına ötən şənbə günü çatan Şimali İraq petrolu ilə dolu tanker 1 milyon barel neftlə dolu olub və dəyəri 100 milyon dollar məbləğindədir.

Qeyd edək ki, ABŞ Dövlət katibi nümayəndəsi Marie Harf məsələ ilə əlaqədar açıqlamasında ABŞ hökumətinin Şimali İraq nefti ilə bağlı mövqeyinin dəyişmədiyini, ancaq şirkətlər arasındakı ticarət fəaliyyətlərinə müdaxilə etməyəcəklərini bildirmişdi. Harf ABŞ şirkətlərini Şimali İraq neftini almalarının hüquqi ixtilaflara səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm