“Rusiya çöksə, Avropa da batacaq"
Bizi izləyin

Dünya

“Rusiya çöksə, Avropa da batacaq"

Belarus Xarici İşlər naziri sanksiyalarla üzləşən Rusiyanın müdafiəsinə qalxıb.

Axar.az xəbər verir ki, sözügedən ölkən xarici siyasət idarəsinin rəhbəri Vladimir Makey sanksiyaları tətbiq edən ölkələrin özlərinin bu prosesdən ciddi zərər görəcəyini dilə gətirib. Makey xüsusi ilə ABŞ və Avropa Birliyini hədəfə alaraq bildirib ki, sanksiyalar bumeranq kimi bu ölkələrin, qurumun özünə qayıdacaq. Onun sözlərinə görə, nəhəng iqtisadi potensiala malik Rusiyanın çöküşü Avropanın özünü çökdürəcək. Belarus Xarici İşlər naziri sonda sanksiyaları vəziyyətdən çıxış yolu saymadığını da diqqətə çatdırıb.

Xatırladaq ki, hazırda Rusiyaya qarşı sanksiyaların üçüncü dalğası aktiv şəkildə tətbiq olunmaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm