Dünya
ABŞ Ermənistanı qınadı
Din azadlığı Ermənistan Konstitusiyası tərəfindən
müdafiə olunur, lakin bəzi qanun və qaydalar bu azadlığı
məhdudlaşdırır". Publika.az-ın məlumatına görə, cümlə ABŞ Dövlət
Departamentinin iyulun 28-də nəşr olunan 2013-cü il üçün Beynəlxalq
Dini Azadlıq barədə illik hesabatında yer alıb.
Hesabatda, ölkədə dini təşkilatların üzləşdiyi maneələr arasında
dini tikililərin ərsəyə gəlməsi və dini azlıqlara aid uşaqların
məktəblərdə ayrı-seçkiliyə məruz qalması barədə məlumatlara yer
verilib. "Ölkədə mövcud qanunlar erməni Apostol Kilsəsi üçün təmin
edilən güzəştləri digər dini qruplara aid etmir", - deyə məlumatda
bildirilir. Eyni zamanda qeydiyyatda olan dini qurumlar onların
fəaliyyətində hüquqi maneələrin olmadığını da bildirir.
Hesabatda deyilir ki, may ayında Ermənistan parlamenti alternativ
məşğulluq üzərində mülki nəzarətin yaradılması və alternativ hərbi
xidmət haqqında qanuna dəyişiklikləri qəbul edib. Bu islahatlardan
sonra, hökumət məcburi hərbi və ya alternativ əmək xidməti yerinə
yetirmək üçün, dini zəmində xidmətdən imtina etdiyinə görə cəza
çəkən “Yehovanın Şahidləri”nin üzvlərini azadlığa buraxıb.
"Bununla yanaşı bir çox media üzvləri il ərzində dini azlıqlara
qarşı qərəzli mövqe göstərib. ABŞ səfirliyinin əməkdaşları dini
liderləri ilə sıx əlaqədə olub, hökumət rəsmiləri ilə görüşlər
zamanı din və dinlərarası dialoq azadlığının inkişafına töhfə
verməyə çalışıblar. Səfirlik dövlət və kilsə münasibətlərinin
müzakirəsinə həsr olunmuş iki konfransa sponsorluq edib" - deyə ABŞ
Dövlət Departamentinin illik hesabatında bildirilir.
Qeyd edək ki, Ermənistan əhalisinin 98,7 faizi xristiandır. Bundan
94,7 faizi erməni Apostol kilsəsinə aid, 4 faiz isə digər xristian
təriqətindən olan insanlardır. 2,3 faiz Ermənistan əhalisi digər
dinlərə mənsub insanlardır. Bunlar arasında Yezidi Kürdlərə aid
esidizm, yəhudi və müsəlmanlar dini azlıqlar sırasındadır.
Ermənistan bundan əvvəl də erməni Apostol kilsəsinin daha üstün
şərtlərlə fəaliyyətinə görə tənqid olunub. Ölkənin bəslədiyi
separatrçı qüvvələr tərəfindən İşğal olunmuş Azərbaycan
ərazilərində onlarla məscidlər, tarixi və dini önəm daşıyan
tikililər ya yerlə yeksan olunub və ya vandalizmə məruz
qalıbdır.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?