Dünya
Məşhur yazar həbs olundu - Foto
ABŞ-da İsrailin Qəzzaya hücumlarına etiraz edib aksiya keçirən məşhur yəhudi alim, yazar Norman Finkelşteyn və 20-yə yaxın amerikalı polis tərəfindən nəzarətə götürülüb.
Axar.az xəbər verir ki, İsrailin Fələstinə hücumlarını ağır dillə tənqid etməsilə tanınan siyasətçi alim Finkelşteyn və digər siyasi fəalların nəzarətə götürülməsinə səbəb olan etiraz aksiyası Nyu Yorkda yerləşən İsrailin BMT daimi nümayəndəliyi qarşısında baş tutub.
İnternetdən aksiya etmək üçün çağırış edən Finkelşteynə çoxlu amerikalı siyasi fəal dəstək verib. Amerika saatı ilə 12:00-da aksiyaya başlayan siyasi fəallar Nyu Yorkun ən işlək küçələrindən ikisini bağlamaq istəyiblər. Yolun üzərinə uzanan Finkelşteyn və digər siyasi fəallara ilk müdaxiləni İsrailin BMT nümayəndəliyi qarşısındakı mühafizə polisləri edib. Hadisə yerinə çoxlu polis qrupu cəlb edilib. Bu vaxt bir qrup yerli vətəndaş da şüarlar səsləndirərək aksiyaçılara dəstək verib.
Əlləri qandallanan aksiyaçılar polis avtomobillərinə mindirilərək sorğu-sual üçün polis mərkəzlərinə aparılıblar.
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq