İŞİD İstanbulda cihada çağırış etdi - Video
Bizi izləyin

Dünya

İŞİD İstanbulda cihada çağırış etdi - Video

İŞİD-i tərifləyən bir sıra xəbər saytlarının yayımladığı görüntülərdə İstanbulun Ömərli səmtindəki piknik bölgəsində bayram namazı üçün toplanan sələfi qrup insanlara çağırış edib.

Axar.az Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bayram namazı üçün toplaşan vəhhabilər təbliğat xarakterli bir sıra çıxışlar edib. Kütləyə xitab edən pişnamaz tez-tez “cihad” sözünü işlətməsi ilə diqqət çəkib. Onun dediyi bir cümlə isə konkret olaraq İŞİD-in təbliğatına hesablanıb:

“Allahım, cihad edən səbirli mücahidlərə kömək ol, onları qələbəyə çatdır. Onları qoru və atəşlərini hədəfə çatdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm