İsrail 74-cü məscidi dağıtdı - FOTOLAR
Bizi izləyin

Dünya

İsrail 74-cü məscidi dağıtdı - FOTOLAR

İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərbindəki Şati Mülteci düşərgəsindəki “Es Suvesi” məscidini bombalayıb.


AzNews.az-ın məlumatına görə, İsrail raketləri məscidə 3 raket zərbəsi endiriblər. Nəticədə, ibadətgah yerlə yeksan olub, ətrafdakı evlərə xeyli evlərə ciddi ziyan dəyib.


Qeyd olunur ki, bu, iyulun 7-dən İsrailin bombaladığı sayca 74-cü məsciddir. Onlardan 20-si tamamilə dağıdılıb.


Qeyd edək ki, İsrailin 7 iyuldan Qəzzada başladığı hərbi əməliyyatlardan keçən dövr ərzində - bu günə kimi 1232 nəfər fələstinli həyatını itirib. Onlardan 232-si uşaqdır.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm