Ukrayna ordusunda canlı qüvvə çatışmır
Bizi izləyin

Dünya

Ukrayna ordusunda canlı qüvvə çatışmır

“Hər gün Ukrayna ərazisinə Rusiyadan yüzlərlə muzdlu daxil olur”.

Publika.az xəbər verir ki, bu sözləri “Ukrayna” radiosunda çıxış edərkən ölkənin daxili işlər nazirliyinin rəsmisi Anton Geraşenko söyləyib:

“Hər gün Rusiyadan ərazilərimizə yüzlərlə, hətta minlərlə muzdlu keçir. Onların arasında separatçılara ideoloji cəhətdən qoşulmaq istəyənlər də var, muzdla vuruşanlar da”.

Bu səbəbdən, Geraşenko ölkə ərazisində səfərbərliyin yeni dalğasının başlandığını deyib. O bildirib ki, orduda artilleriyaçılara və tankçılara xüsusi ehtiyac var. Ukrayna ordusu canlı qüvvə baxımından da problemlər yaşayır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm