“Kiyev terror aktları planlaşdırır”
Bizi izləyin

Dünya

“Kiyev terror aktları planlaşdırır”

“Ukrayna hakimiyyəti terror aktları törədərək, məsuliyyəti donbaslıların üzərinə atmaq istəyir”.

Publika.az “İTAR-TASS“ saytına istinadla xəbər verir ki, bu bəyanatla Yeni Rusiya Xalq Cəbhəsinın həmsədri Konstantin Dolqov çıxış edib.

O bildirib ki, Kiyev, Xarkov, Dneprepetrovsk metropolitenləri, aeroportları, dəmiryol vağzalları, stadionları təhlükə altındadır: “Burada terror aktı həyata keçirib Donetsk, yaxud Luqansk Xalq Respublikalarını günahlandıracaqlar. Qərbə “Donbas terrorçuları” haqda nağıllar lazımdı. Əgər biz terror törətmiriksə, onda Kiyev bunu bizim əvəzimizdən edəcək. İnanmırıq ki, Kiyev hökumətinin nə vaxtsa vicdanı oyana. Amma ümid edirik ki, bu bəyanatdan sonra bu fikirlərindən qorxub əl çəkələr”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm