Maşın kanala düşdü, 4 nəfər öldü
Bizi izləyin

Dünya

Maşın kanala düşdü, 4 nəfər öldü

Yevlax rayonunda dəhşətli yol qəzası baş verib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bünyadabad kəndi ərazisində Tofiq Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırıb.


Nəticədə T.Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov hadisə yerində ölüb.


İlkin ehtimala görə, qəzaya avtomobilin sürət həddini aşması səbəb olub. Qəzada ölənlərin hamısı eyni kənddən olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm