Həmas İsrail əsgərlərinin sığındığı binaya hücum etdi - 15 əsgər öldü
Bizi izləyin

Dünya

Həmas İsrail əsgərlərinin sığındığı binaya hücum etdi - 15 əsgər öldü

Həmas əsgərlərindən İzzəttin əl-Kassam hərbi qanadı Qəzzanın cənubundakı Hanyunus bölgəsində İsrail əsgərlərinin sığınacaq kimi istifadə etdiyi binanı yerlə bir etdiklərini açıqlayıb. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İzzəttin əl-Kassam hərbi qanadı tərəfindən yayılan yazılı açıqlamada binada 20-dən çox İsrail əsgəri olduğu və ən azı 15-nin öldürüldüyü, qalanların ağır yaralı olduğu bildirilib.

Açıqlamada “Ferrahin” bölgəsində İsrail əsgərlərinin sığınacaq kimi istifadə etdikləri binanın xüsusi əməliyyat nəticəsində tamamilə dağıdıldığı bəyan edilib. İsrail təyyarələri bombalanan binanın ərtafına gələrək meyitləri və yaralıları çıxarmaq üçün çalışdıqları da yazılı açıqlamada qeyd edilib.

Onlar İsrail ordusunun Qəzza bölgəsində başladığı quru əməliyyatlarının ilk günündən bu vaxta qədər 120 İsrail əsgərinin öldüyünü bəyan ediblər. İsrail höküməti isə 60 əsgərin öldüyünü iddia edir.

Qeyd edək ki, İsrail Qəzzadakı BMT məktəbinə hücumdan sonra 4 saatlıq atəşkəs elan edib. İsrail atəşkəs səbəbini məktəblə əlaqələndirsə də, əsas səbəbin Həmas əsgərlərindən İzzəttin əl-Kassam hərbi qanadı Qəzzanın cənubundakı Hanyunus bölgəsində 15 İsrail əsgərinin öldürülməsi olduğu düşünülür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm