• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Terroru maliyyələşdirən Avropa ölkələri

  • Dünya
  • 30 İyul 2014 21:26
  • 597 Baxış
Terroru maliyyələşdirən Avropa ölkələri

“Avropa ölkələrinin hökumətləri girovlara görə milyonlarla dollar pul ödəməklə, silahlı islamçı qrupların maliyyə mənbəyinə çevrilir”.

Bu sözlər “New-York Times” qəzetinin yazarı Rukmini Kallimaçinin məqaləsində yer alıb.

Onun apardığı araşdırmaya görə, girovlar vasitəsilə ən çox kapital toplayan silahlı qruplaşmalardan biri olan “Əl-Qaidə”dir və bu qruplaşma “mübadilə” əməliyyatlarını Şimali Afrika ölkələrində gerçəkləşdirir. Müəllif qeyd edir ki, silahlı qrupların girovlara görə Avropa hökumətləri ilə dialoqa girməsi elə də çətin olmur: “Avropalıların oğurlanması “Əl-Qaidə” üçün qlobal biznesə çevrilib. Bu qruplaşma 2008-ci ildən bu yana girov biznesindən 125 milyon dollardan çox gəlir əldə edib ki, bu məbləğin 66 milyonu 2013-cü ildə əldə olunub”.

Məqalədə qeyd olunur ki, silahlı qruplaşmalar əsasən diplomatları, jurnalistləri və yaxud qərargahı Avropada yerləşən beynəlxalq təşkilatların nümayəndələrini girov götürür: “Girovları öldürmək təhdidi olsa da, bu təhdidlər çox az hallarda icra olunur. Adətən, bir girovun geri qaytarılması 5 ilə qədər vaxt aparır. Avropa dövlətləri nadir hallarda danışıqlardan imtina edirlər. ABŞ və Böyük Britaniya terrorçularla danışığa ən az meyl edən dövlətlərdən hesab olunur”.

Almaniyaya gəldikdə isə müəllif qeyd edir ki, bu ölkə 2003-cü ildə 32 nəfər girovun qaytarılması üçün Maliyə yardım adı ilə büdcədən 5 milyon dollar çıxarıb: “Avropalıların cavab verməli olacağı çoxlu sual var. Onlar terrorçulara pul ödəyirlər, amma bunu etiraf etmirlər. Bu, təkcə terrorçuları maliyyələşdirmir, həm də avropalıların ilk fürsətdə oğurlanması üçün zəmin yaradır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR